Şirkin ən təhlükli növü: gizli şirk

Bu hissəyə qədər şirkin ümumi mənası müzakirə edildi, nə səbəbə qaynaqlandığı, insanlarda necə ortaya çıxdığı və nə şəkildə görüldüyü nümunələrlə izah edildi. Bu hissədə isə şirkə imanlı olan hər kəsin diqqət etməsi və oxuyarkən öz üzərində də axtarması lazım olan, çox təhlükəli bir istiqaməti müzakirə ediləcək: Gizli şirk ...

Gizli şirk hər mömin üçün üzərində düşünülməsi ən aktual, ən həyati mövzuların əvvəlində gəlir. Bəlkə, bir insan bu hissəyə qədər izah edilənlərin heç birini etmir, heç bir nümunənin əhatəsinə girmir, lakin bu yenə də kimsəni çaşdırmamalıdır. Əgər adam, həqiqətən, xalis bir imana çatmaq istəyirsə, mütləq və mütləq bu mövzu üzərində düşünməli, müstağniyyətdən çəkilməlidir. Çünki Allah bir çox ayəsində Özünə şəriksiz olaraq iman edilməsini yəni şirk qoşmadan yönəlməsini əmr edir:

Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!
(Rum surəsi, 31)

... De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. Tövbə edib Ona üz tutan kimsəni isə doğru yola yönəldir”. (Rad surəsi, 27)

Ayələrdə açıq şəkildə göründüyü kimi, Allah insanlar üçün təmiz bir imanı şərt qoymuş və onlara müşriklərdən olmamağı əmr etmişdir. Eyni zamanda yalnız Özünə yönələni də düz yola yönəldib çatdıracağını bildirmişdir. Deməli, doğru yolu tapa bilmək üçün şirk qoşulmaması şərtdir.
Bunun üçünsə ən əsas şey Allahın "Ancaq Rəbbinə üz tut!" (İnşirah surəsi, 8) əmrini lazımı kimi yerinə yetirməkdir. Ancaq bu həqiqətin çox yaxşı düşünülməsi və qavranılması lazımdır. Yalnız Allaha rəğbət etmək nə deməkdir?

Bu, insanın tək dost və köməkçi olaraq Allahı görməsi, yalnız Onun razılığını hədəfə almaq və yalnız Allahın razılığını əsas tutması deməkdir. Belə bir insan üçün Allahın onu bəyənməsi, ondan razı olması son məqsəddir. Bu səbəblə də belə bir adam bütün həyatını Allahın təyin etdiyi meyarlara görə nizamlayar, Onun əmr və qadağanlarına görə hərəkət edər. Digər insanların razılığı, rizası həmişə ikinci plandadır. Yalnız Allah ondan razı olsun, lazım olsa bütün dünya qarşı gəlsin, bu adam üçün fərq etməz. Əhəmiyyətli olan əsl dost olan Allahın ondan razı olmasıdır. Belə bir insan kimin nə düşündüyündən, kimin nə dediyindən, digər insanların onu necə dəyərləndirdiklərindən narahat olmaz. Yalnız Allahın razı olması və yalnız Allahın sevməsi onun üçün kifayətdir. Beləcə, yalnız Rəbbimizə rəğbət etmiş olar. Bəlkə, bunu oxuyan iman sahibi hər insan bu xüsusiyyətlərə sahib olduğunu düşünə bilər. Halbuki, insanın bundan qəti olaraq əmin olmaq yerinə, bu mövzu üzərində dərin düşünməsi və özünü bu barədə daha mükəmməl hala gətirməyə çalışması lazımdır.

 

Hər şeyin Allahın idarəsində olduğunu unutmamaq
Allaha ürəkdən bağlanan bir insan yalnız Allaha güvənər, çünki Allahın hər şeyə hakim olduğunu, hər şeyə gücünün çatdığını, Allahın izni xaricində tək bir yarpağın belə düşmədiyini bilir. Buna görə hər hansı bir hadisədə kömək istəniləcək tək ünvanın Allah olduğunun fərqindədir. Onu vəli etmişdir, Allahın başqa sığınacaq, kömək istəniləcək başqa heç kimə, heç bir şeyə və heç bir gücə ehtiyac duymaz. Bu, həqiqi mənada bir güvəndir. Buna sahib olan bir insan həyatı boyunca başına gələn hadisələrdə bir an belə olsa narahatlığa düşməz, kədərlənməz, sıxılmaz. Çünki dünyada meydana gələn hər hadisənin Allahın izni ilə reallaşdığının fərqindədir. Əgər bu vəziyyətdə qayğılansa, kədərlənsə, ya da pessimizmə qapılsa bunun mənası çox fərqli olar. Çünki belə bir vəziyyətdə insan Allahın hikmətlə yaratdığı və xeyir gördüyü bir hadisədən məmnunsuz qalır deməkdir ki, bu, Allaha qarşı hörmətə uyğun olmayan bir davranışdır. Allahın yaratdığı hər şeydə, inanan insan üçün bir çox xeyir vardır. Məhz həqiqi imana sahib bir insan həyatının hər anında bu şüurla hərəkət edər. Əlbəttə ki, insan üçün nəyin xeyirli olduğunu Allah bilir, necə ki, Allah Quranda bu həqiqəti belə bildirir:

...  Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.  (Bəqərə surəsi, 216)

Buna görə şirkdən təmizlənmiş bir insan heç gözlənilməz bir hadisə ilə qarşılaşsa, çox pis görünən bir vəziyyətdə qalsa və ya başına digər insanların çox təhlükəli və ya qorxunc olaraq şərh etdiyi bir hadisə gəlsə Allaha olan etibarına görə mötədil bir rəftar içində olar. Çünki əgər "tək bir an" belə narahat olsa bu, Allaha olan güvəninin tam olmadığını, Allahın sonsuz qüdrətini və hikmətini tam təqdir edə bilmədiyini göstərər.

Həqiqi imanda, təmiz bir sevgidə Allaha qarşı mütləq bir təslimiyyət olar. Adam bir saniyədə belə səhv etməmək üçün diqqətli olar. Allaha etibarında əskiklik hiss etdiyi və ya Allahdan başqa yardım edən axtardığı anda bunun şirk olacağını bilər. Bunun üçün heç bir bəhanə gətirə bilməyəcəyinin də fərqindədir.

Məhz "gizli şirk" bu tip vəziyyətlərdə böyük bir təhlükə olaraq ortaya çıxar. Məsələn, çətin bir vəziyyətlə qarşılaşdığında insanın, "ümumiyyətlə, çox təslimiyyətliyəm, Allaha güvənim tam, amma çox nadir bəzi hadisələrdə təşvişə düşürəm, təvəkkül edirəm" şəklindəki bir düşüncəyə qapılması çox yanlış və çirkin olar. Bu mövzuda insanın özünü aldatması da çox təhlükəlidir. Çünki bu məntiqlə hərəkət edən bir insan özünə başqa köməkçilər axtardığı üçün Allaha tam güvənmir deməkdir. Bu da o adamın Allahın varlığını qəbul etsə də, Ona təvəkkül edə bilmədiyini, Allahın sonsuz Qüdrətini qavraya bilmədiyini və bu səbəbdən şirk içində olduğunu göstərir.

Yalnız Allaha rəğbət edən insan isə Allahın onun üçün yaratdığı qədərdən ürəkdən razıdır. Çünki iman sahibi bir insan, qədərin xaricinə çıxmağın, ya da taleyi dəyişdirməyin mümkün olmadığını bilir. Allahın hər insan üçün təyin etdiyi bir tale olduğunu və o qədərin heç bir dəyişiklik olmadan işlədiyini unutmaz. Allah insanların yaşayacaqları hər hadisənin kitabda qeyd olunduğunu və insanların kitablarında yazılı olanlar xaricində başqa bir şey yaşaya bilməyəcəklərini bir çox ayəsiylə xəbər vermişdir. Bu ayələrdən biri belədir:

... Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.  (Yunus surəsi, 61)

Ayədən də aydın olduğu kimi, bir insanın həyatında qarşılaşdığı hər hadisə, kiçik-böyük hər şey bir kitabda qeyd olunmuşdur. Hər insan yaşadığı bu dünya həyatında özünə aid olan bu qədər kitabını oxuyur. Buna görə mömin qarşılaşdığı hadisələri bu həqiqətin şüurunda olaraq qiymətləndirər və Rəbbimizin yaratdığı qədərdə bir gözəllik axtarar. Qədərdə hər detalın mütləq bir xeyir üzrə yaradıldığına qəti olaraq iman edər. Bunun şüurunda olan mömin üçün yaşadığı şeylərin hamısı mütləq gözəldir; mömin bu gözəllikləri heç ötürmədən görə bilər. Keçmişdə yaşadıqlarından, ya da hal-hazırda başına gələn hadisələrdən şikayətlənmə, narahatlıq duyma və ya məmnun qalmamaq kimi bir səhv etməz. İstisnasız, həyatı boyunca yaşadığı hər andan razı olar.

Bunun əksi isə imanın dərin olmadığını, imana şirk qarışdığını göstərir. Belə bir insan Allaha iman etdiyini söyləyə, axirətə inandığını, həqiqi bir müsəlman olduğunu iddia edə bilər. Amma qədərindəki hər hansı bir hadisədən razı olmayan bir insan əslində, Quranda əmr edilən təvəkkülü yaşamır, Allahın yaratdığı qədəri həqiqi mənada qavraya bilmir deməkdir. Məhz bu vəziyyət "gizli şirk" əlamətidir.

Açıq şəkildə göründüyü kimi, gizli şirk mövzusu çox əhəmiyyətlidir və eyni zamanda hər insan üçün gözardı edilməyəcək böyük təhlükədir. Buna görə insanın gündəlik həyatında öz içində hiss etdikləri və ya hadisələrə verdiyi reaksiyalar çox əhəmiyyətlidir. Bu baxımdan səmimi bir insanın bütün həyatını, gündəlik həyatını, hisslərini, düşüncələrini, həyata baxışını və ən əhəmiyyətlisi şüuraltını bu anlayışla nəzərdən keçirtməsi şərtdir.

Şirk bəzən bir insanın həyatına çox dərin şəkildə yerləşə bilər. İnsanın bir qorxusu onun dini olduğu kimi yaşamasına mane ola bilər. Məsələn, gələcəklə bağlı ciddi bir narahatlığa düşüb, "gələcəyini zəmanət altına almaq" üçün Allahın əmrlərini gözardı edə bilər, lazım bildiyi hallarda dinindən güzəştə gedə bilər. Və ya bir insan qarşılaşdığı çətinlikləri bir çatışmazlıq olaraq qiymətləndirə; buna görə üsyankar bir ruhda ola bilər. Məhz bu və ya oxşar vəziyyətdəki insanların böyük bir əksəriyyəti Allahın sonsuz qüdrətini və hər şeyin hakimi olduğunu unudaraq gizli bir şirkə düşər. Gələcəyini yaradanın da, ona mal, mülk zənginlik verənin də, qarşısına çıxan çətinlikləri aradan qaldıranın da Allah olduğunu unudar, başqa varlıqlara güc aid edərək onlardan kömək ümid edən hala düşər.

Halbuki, hər insan belə bir qəflətdən şiddətlə çəkinməli və tez bir zamanda uzaqlaşmalıdır. Düşdüyü vəziyyəti incə-incə düşünməli, həyatının hər anında Rəbbimizin hər şeyə güc yetirən, hər varlığın və hər hadisənin üzərində söz sahibi olduğunu fikirləşməlidir. Ancaq bu şəkildə gizli şirk bəlasından uzaqlaşa bilər.

Məsələn, bir insan xərçəng ola bilər, ya da heç gözləmədiyi bir anda yol qəzası keçirərək şikəst qala və ömrü boyunca yeriyə bilməyəcəyini öyrənə bilər. Şirkdən tamamilə təmizlənmiş təslimiyyət və təvəkkül yaşayan insan xəstəliyinə görə kədərlənməz, narahatlıq keçirməz, başına gələn çətinliklərə görə heç vaxt şikayət etməz. Bunu təslimiyyət və gözəlliklə qarşılayar; Rəbbimizin özü üçün mütləq bir xeyir istədiyini unutmaz. Dünyada yaşadığı hər cür imtahanın sonsuz axirət həyatı ilə müqayisədə çox qısa sürdüyünü, axirətdə böyük bir əcr qaynağı olaraq qarşısına çıxacağını ağlından çıxarmaz. Şirkdən təmizlənmiş imanlı insan qarşısına çıxan çətinliyi bildiyi ilk anda bu xəbəri gözəlliklə qarşılayar, bunda bir xeyir və hikmət axtarar. Ancaq bunu xüsusilə ifadə etmək lazımdır ki, bu, əsla təsəlli mahiyyətində bir düşüncə deyil. Tam əksinə həqiqi iman sahibi bir adam tutulduğu bu xəstəliyin özü üçün həqiqətən böyük xeyirlərə vəsilə olacağına iman edər. Eyni şəkildə tək qaldığında da, insanların yanında da, hadisədən səbir tələb edən uzun zaman keçdiyində də şikəstliyinə qarşı həmişə eyni təslimiyyəti göstərər. Çünki qədərini Allahın təyin etdiyini bilir, Allahdan gələn hər şeyin gözəl olduğunu düşünüb səbir edər.

Hər insan gündəlik həyatında gözlənilməz hadisələrlə qarşılaşır. Ona insanlar tərəfindən böyük bir haqsızlıq edilə, bir böhtana uğraya, söz yaxud fiziki hücuma məruz qala bilər ... Amma gizli və ya açıq şirkdən təmizlənmiş bir insan belə bir vəziyyətdə qədəri unutmaz və hər şeyin Allahın idarəsində olduğunu gözardı edib duyğusallaşmaz, sıxılmaz, kədərlənməz . Onu əsəbiləşdirəcək hadisələr və davranışlarla da qarşılaşar, amma bunların da əslində qədərin bir parçası olduğunu bilər və Allahın Quranda əmr etdiyi kimi pisliklərə belə gözəlliklə cavab verər.

Elə hadisələrlə qarşılaşar ki, dini yaşamayan bir insanın qorxuya düşməsi, narahatlıq keçirməsi çox təbiidir, lakin o qorxmaz. Allahın hər an yanında olduğunu bilər, Ona təvəkkül edib, güvənər. Məsələn, bütün malını, ailəsini bir anda itirə bilər; amma bu insan həmin anda Allaha təslimiyyət göstərər. Uşağını itirə, təhsili təhlükədə ola bilər, işindən ayrılmaq məcburiyyətində qala bilər, ən yaxınlarından birinin amansız bir xəstəliyə tutulduğunu öyrənə bilər... Bütün bu və bənzəri hallarda həqiqi iman sahibi insan sarsılmaz təvəkkül və təslimiyyət içində olar. Hadisələrə görə qarışıqlığa, ümidsizliyə düşməz, pessimizmə qapılmaz, hüzünlənməz, kədərlənməz, Allaha olan etibarında bir şey itirməz.

Məhz hər insanın öz içində belə hallarda necə bir reaksiya verəcəyini səmimi bir şəkildə ölçməsi və gizli şirkə qarşı tədbir görməsi lazımdır. Çünki "bu qədərdən bir şey olmaz" deyə düşünmək, çətin vəziyyətlərdə veriləcək cahil reaksiyaları normal qarşılamaq və ya bu mövzuda insanların əksəriyyətinin verdiyi reaksiyaları göstərmək son dərəcə səhv olar. Çünki bir ayədə Allah "Yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və onlar ancaq zənn və yalan danışarlar" (Ənam surəsi, 116) şəklində buyurur.

Gizli şirkə səbəb olacaq digər bir xüsus da insanın müvəffəqiyyətlərini, ya da etdiklərini öz etdiyini düşünməsidir. Məsələn, bir adam müvəffəqiyyətli nitq söylədikdə o danışığı öz ağlıyla özünün etdiyini zənn edərsə bu çox səhv olar. Çünki Quranda təsvir edildiyi kimi "nitqi verib danışdıran" Allahdır. O diləmədikcə insanın danışması və üstəlik hikmətli danışması mümkün deyil. Bunların hamısı Allahın diləməsiylə reallaşır. Və ya bir insan peşəsində uğur əldə edirsə, elmi kəşflər edirsə, həyatı asanlaşdıran ixtiralar edirsə, bunların hamısını Allahın köməyilə edir deməkdir. Allahın diləməsi xaricində bir müvəffəqiyyət əldə etməsi mümkün deyil. Bütün bunlara baxmayaraq, insanın hələ də öz müvəffəqiyyətlərinə sahib çıxması, bunlarla öyünməsi, qürurlanması və bu əsnada Allahı unutması çox səhv və haqsız bir hərəkət olar. Necə ki, bir Quran ayəsində Allah insanın heç bir şey etməyə qüdrəti olmadığını belə bildirir:

"Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hökm və hikmət sahibidir." (İnsan surəsi, 30)

Uğurlarla yanaşı insan bir müsibətlə qarşılaşanda, məsələn, xəstələndiyində, ya da yaralandığında, bunların da qədərində yaradıldığını unutmaması lazımdır. Əgər xəstəlik yaradan virus, qəzaya səbəb olanın da pis bir sürücü olduğunu düşünərsə bu insan hadisələri böyük bir qəflət içində qiymətləndirir. Əlbəttə, müxtəlif səbəblər yaradılmışdır ancaq bunların hamısı Allahın elmi və nəzarəti altındadır. Bu adam xəstələnmişdir və ya yaralanmışdır; çünki qədərində o xəstəliyin meydana gəlməsi vardır. Bu, Allahın təqdiridir. İnsanın bunu qəbul etməməsi, daxilən üsyankarlıq etməsi də gizli şirk olar. Müsibət və xəstəliklərdə xeyir və hikmət olmadığını düşünmək, xəstəlikləri yaradanın Allah deyil, birbaşa olaraq mikrob və viruslar olduğunu zənn etmək, Allahın bu mikrob və virusları bir vəsilə olaraq yaratdığını unutmaq son dərəcə yanlış bir dünyagörüşüdür. Quranda hər hadisənin Allahın məlumatı daxilində reallaşdığını xəbər verən bir çox ayə vardır. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövründə möminlərin yaşadıqları bir çətinlik anı üçün Allah belə buyurmuşdur:

Uhudda iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın və münafiqləri bəlli etsin... (Ali-İmran surəsi, 166-167)

Bu ayələrdən də aydın olduğu kimi, insanların qarşılaşdıqları hər cür hadisə ancaq Allahın izni ilə reallaşır. Bu halda insanın Allahın hər şeyi idarəsi altında saxladığını unutması, çox azğın bir düşüncə olar. Allah olan bitən hər şeydən xəbərdardır. İnsanın həyatının hər mərhələsi və hər anı da ancaq Allahın izni ilə, Allahın idarəsində reallaşır. Və unudulmamalıdır ki, Allahın təqdir edib yaratdığı qədər iman edən səmimi qullar üçün hər zaman ən yaxşısıdır. İnananların bütün yaşadıqlarında çox böyük bir xeyir və hikmət vardır. Amma insan bu hikmətləri hər zaman anlamaya bilər. Bəzən bu hikmətləri görər və şükür edər. Bəzən isə görə bilməz ancaq yenə Allaha güvənər. Bilir ki, onun başına gələn bu hadisələri Allah bir çox xeyirlər və gözəlliklərlə birlikdə yaratmışdır.

 

"Bir az şirk bir az iman" məntiqi azğınlıqdır
Gizli şirk mövzusunu düşünərkən bu xüsus mütləq göz ardı etməməlidir: İnsanın "bir az şirk bir az iman" kimi azğın bir məntiqlə hərəkət etməsi, "iman içərisində bir az şirkdən bir şey olmaz" deyə azğın bir məntiqlə düşünməsi, əlbəttə, böyük bir aldanışdır. Hər an Allaha rəğbət etmək və bundan heç güzəştə getməmək möminin normal həyatıdır. Bu imanın və ağılın gərəyidir və möminə yaraşan da budur. Bu vəziyyətdə insanın Allahdan başqa güc sahibi heç bir varlıq olmadığına qəti olaraq qənaət gətirməsi lazımdır. Necə ki, Allah hər hadisənin Öz idarəsində meydana gəldiyinə çox ayədə diqqət çəkmiş və insanlara Özünə ortaq qoşmamalarını belə əmr etmişdir:

Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki, siz onların ağaclarını böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbud varmı? Xeyr, onlar haqdan yayınan adamlardır. Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir məbud var? Xeyr, onların əksəriyyəti bunu bilmirlər. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbud var? Siz necə də az düşünürsünüz? Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir məbud var? Allah onların qoşduqları şəriklərdən ucadır.Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbud var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”.
(Nəml surəsi, 59-64)

Yuxarıdakı ayələrdə göründüyü kimi, hər hadisə Allahın diləməsi ilə reallaşır və bu həqiqəti unutmaq, bəzi hadisələrin Allahdan müstəqil meydana gəldiyini zənn etmək, Ona şərik qoşmaq deməkdir.

Unutmaq olmaz ki, gizli şirk həqiqi imanın meydana gəlməsinin qarşısın alan ən böyük maneədir. Din ancaq "saf", yəni "təmiz" olsa həqiqi mənada yaşanar. Orta bir yol axtarmağın, bəzi hadisələrin Allahın idarəsində, bəzilərinin də -Allahın tənzih edirik- insanların və ya başqa varlıqların idarəsində meydana gəldiyini düşünmək isə şirkdir. Bunu anlamaq istəməməyinin insana bir faydası olmaz. Burada izah edilən mövzular hər müsəlmanın düşünüb təcili olaraq həyata keçirməsi lazım olan həqiqətlərdir. Əks təqdirdə insanın özünü bu təhlükədən müstağni görməsi, həyatını yarı müsəlman olaraq yaşaması həm böyük bir ağılsızlıq həm də bunu yaşayan insan üçün çox çətin bir həyat olar. Bu baxımdan insan öz nəfsini bu cəhətdən qiymətləndirməsi və ən qısa zamanda səhvlərini tapıb düzəltməsi lazımdır.

İnsan bəlkə başqa bir mövzuda səhlənkar yanaşsa böyük bir zərərə uğramaya bilər. Lakin bu mövzuya səhlənkar yanaşması, anlamaq istəməməsi, həmin adam adına çox təhlükəli və səhv bir davranışdır. Çünki burada izah edilənlər, olsa da olar olmasa da məntiqiylə düşünüləcək hadisələr deyil. Əksinə şirk mövzusu, imanla imansızlıq arasında xətt olması baxımından son dərəcə əhəmiyyətlidir. Gizli şirk insanın qarşısında, həqiqqətləri qavramasına mane olan, ağıl və bəsirətini korlaşdıran, dünyada həqiqi mövcudluq məqsədini unutduran, hesab gününə qarşı qəflətə salan çox aldadıcı bir pərdə əmələ gətirir. Və bu mövzu həll edildiyində insanın gözünün önündəki bu aldadıcı pərdə qalxmış olar.

Ancaq bunu da ifadə etməliyik ki, şirkdən tamamilə təmizlənmək son dərəcə asandır. İnsan üçün səmimi olmaq, onu yaradan Allahın gücünü təqdir edə bilməkdir. İnsan bura qədər izah etdiyimiz mövzuları tətbiq etsə çox mürəkkəb bir şeyi bacarır, qəhrəmanlıq edir kimi bir ruh halına girsə bu da çox səhv olar. İzah edilənləri çətin görərək, içindən çıxılmaz bir vəziyyət kimi göstərməyə çalışmaq, izah edilən mövzuların çətin olduğu şəklində bir imic vermək çox böyük bir səmimiyətsizlikdir. Çünki saleh bir mömindən istənilən çox asan bir şeydir; hər an yalnız Allaha ürəkdən bağlanmaq və Allaha şərik qoşmadan iman etmək ...

Müsəlman bu saleh xarakterə sahib olduğu, həqiqətən heç bir ortaq qoşmadan Rəbbimizə yönəldiyi zaman, hər cür müvəffəqiyyəti, gözəlliyi və neməti Allahdan ümid edə bilər. Çünki Allah şirkdən tamamilə təmizlənmiş qullarına dünyada da axirətdə də böyük mükafat verəcəyini müjdələmişdir. Dünyada tam ixlası əldə etmiş qullara Allahın müjdəsi belədir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.  (Nur surəsi, 55)

Hər cür şirkdən təmizlənən, təmiz imanı olan kəslərin axirətdəki vəziyyətləri isə Quranda belə xəbər verilir:

... Tövbə edənlər, əməllərini islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir.  (Nisa surəsi, 145)